Koronavirus bir gündə İranda 200-ə yaxın can aldı

  • By admin
  • 06 İyul 2020 09:24

 

İranın Səhiyyə Nazirliyinin bazar günü açıqladığı rəsmi məlumatlar son 24 saat ərzində ölkədə COVİD-19 nəticəsində ən yüksək ölüm halının qeydə alındığını göstərir.

Bazar günü 163 ölüm halı qeydə alınıb. Bu, Səhiyyə Nazirliyinin keçən həftə bazar ertəsi bir gün ərzində göstərdiyi ən yüksək 162 ölüm halından daha yüksək rəqəmdir.

Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat televiziya ilə açıqladığı bəyanatda İslam Respublikasında koronavirus nəticəsində 11571 ölüm və 240438 yoluxma halının qeydə alındığını bildlirib. Onun sözlərinə görə, 201330 nəfər sağalıb.

İran prezidenti maska taxmayanlara xəbərdarlıq edib

Aprel ayının ortalarında məhdudiyyətlərin tədricən aradan qaldırılmasından sonra keçən həftə yoluxma və ölüm hallarında artım müşahidə edilir.

İran prezidenti Həsən Ruhani şənbə günü koronavirus epidemiyasının qarşısının alnıması məqsədilə yeni tədbirləri açıqlayaraq, maska taxmayan insanlara ictimai xidmətlərin göstərilməyəcəyini və səhiyyə protokollarına əməl etməyən müəssisələrin bir həftə bağlanacağını bildirib.

Gununsesi.org