Prezident Ərdoğanın xarici ölkələrə səfərləri təxirə salındı

  • By admin
  • 13 Mart 2020 13:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Çankaya köşkündə 16 nazirin iştirakı ilə toplantı keçirilib.

Gununsesi.org xəbər verir ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın bildirir ki,  koronoviris ilə əlaqədar keçirilən iclas 5 saat davam edib.

Mətbuat katibi deyib ki, koronovirusla əlaqədar Türkiyə prezidentinin xarici ölkələrə səfərləri təxirə salınıb, amma martın 17-də İstanbulda Almaniya və Fransa dövlət başçıları ilə Ərdoğanın görüşü olacaq.

Gununsesi.org