Kosmosdan ABŞ seçkilərinə gələn səs

  • By admin
  • 10 Noyabr 2016 10:39

kosmos

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, həyatını riskə ataraq Yer kürəsindən 400 km aralıda Beynəlxalq Kosmos Stansiyasında olan kosmonavt Şeyn Kimbrou gərgin çalışdığı işdən bir neçə dəqiqəsini ayıraraq kosmosda ABŞ-ın 2016-cı il prezident seçkiləri üçün səsvermə haqqından isifadə edib. Görünür, kosmos səsvermə haqlarını qorumaq üçün internetin aktiv olduğu yerlərdən biridir. Özünü və dostlarını siyasətdən uzaq insanlar kimi tanıdan Kimbrounun bu hərəkəti, əslində, özünü əziyyətə salmayıb, səsverməyə getməyən hər bir kəs üçün göndərilən önəmli ismarıcdır.

Nigar Cəfərli

Gununsesi.info