Kosovonun sabiq baş naziri Fransada saxlanıldı

  • By admin
  • 05 Yanvar 2017 09:54

kosovo

Serbiya tərəfindən müharibə cinayətlərinə görə axtarışa verilən Kosovonun sabiq Baş naziri Ramuş Haradinay Fransanın Bazel-Müluz-Frayburq Aeroportunda saxlanılıb.

Gununsesi.info “lefigaro.fr” saytına istinadla xəbər verir ki, sabiq Baş nazir təyyarədən düşərkən sərhəd polisi tərəfindən dindirilib və Müluz Prokurorluğuna təhvil verilib.

2004-cü ildə Serbiya tərəfindən beynəlxalq axtarışa verilən Haradinay 1998-1999-cu illərdə Kosovoda gedən müharibə zamanı üsyançıların lideri olub. 2004-2005-ci illərdə ölkəsinin Baş naziri olmuş Ramuş Haradinay Haaqa Məhkəməsi tərəfindən iki dəfə bəraət alıb.

Gununsesi.info