Kredit borcuna görə məhkəməyə gələn 70 yaşlı qadın öldü - SƏBƏB İSƏ....

  • Müəllif: admin
  • 03 Avqust 2017 10:55
5982bc2059385_Фото0259
Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılması nəticəsində ölüb.
Gununsesi.info report-a istinadən xəbər verir ki,  hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib.
Belə ki, rayonun Əliqasımlı kənd sakini 1937-ci il təvəllüdlü Şüküfə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb. Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı elə oradaca dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info