Türkiyə polisi əməliyyat keçirdi: SAXLANILANLAR VAR

  • Müəllif: admin
  • 03 Avqust 2017 10:49

03
Bu gün səhər saatlarında Türkiyə polisi helikopterlərinin dəstəyi ilə Sultanqazidə 18 müxtəlif ünvanda xüsusi əməliyyat keçirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi yanında Narkotiklə Mübarizə şobəsinin əməkdaşları tərəfindən İstanbulun Sultanqazi rayonu ərazisində narkotik vasitəni satan “torbacı” olaraq tarif edilən 17 nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib.

Qeydedək ki, aparılan xüsusi əməliyyat nəticəsində xeyli miqdarda narkotik vasitə aşkar edilib, bəzi şübhəlilər isə nəzarətə götürülüb.

Anar
Gununsesi.info