Kreditlərin 96.4 faizini bankların payına düşür

  • By admin
  • 23 Aprel 2018 15:29

Bu ilin birinci rübündə ölkə iqtisadiyyatına yatırılan kreditlərin 96,4 faizi banklar, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən yönəldilib.

Gununsesi.info bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, AMB-nın məlumatına əsasən martın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11,5 milyard manat təşkil edib. Onun 413 milyon manati bank olmayan kredit təşkilatları, 11 milyardını isə banklar yönəldib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1,7 milyard manata çatıb və ümumi kredit portfelinin 14,7 faizini təşkil edib.

Vüsalə

Gununsesi.info