Kreml Dmitriy Medvedyevin istefası məsələsinə reaksiya verdi

  • By admin
  • 03 Avqust 2016 17:29

dmitri

 

Kreml Rusiyanın baş naziri Dmitriy Medvedyevin istefası ilə bağlı məsələyə reaksiya verib. Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov başda baş nazir Dmitriy Medvedyev olmaqla hökumətin buraxılması ilə bağlı yayılan xəbərləri “fincanda qəhvə ilə fala baxma” adlandırıb.

Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, D. Peskov Rusiya hökumətinin istefaya göndərilməsi ilə bağlı “Financial Times” nəşrində gedən yazını təkzib edib və deyib ki, ümumiyyətlə, gündəlikdə belə bir məsələ yoxdur: “Bunu ancaq fincanda qəhvə ilə fala baxmaq kimi dəyərləndirmək olar”. Nəşrdə bildirilib ki, Rusiyada parlament seçkilərindən sonra hökumətin tərkibində ciddi dəyişikliklər olacaq və hökumət yenidən formalaşacaq. Nəşrdə eyni zamanda, Qərblə münasibətləri normallaşdırmaq məqsədi ilə də ciddi addımların atılacağı qeyd olunub. “Financial Times” iddia edir ki, parlament seçkilərindən sonra baş nazir Dmitriy Medvedyev istefaya gedəcək və onun yerini Aleksey Kudrinin tutacaq. A. Kudrinin baş nazir postuna təyin olunması isə Kremlin Qərblə münasibətlərinə mesaj kimi dəyərləndirilib.

Qeyd edək ki, D. Medvedyev 2012-ci ildən Rusiyanın baş naziri vəzifəsini icra edir.

Gununsesi.info