Küllü miqdarda siqaret aşkarlanıb

  • By admin
  • 10 Fevral 2017 09:25

siqaret

4400 ədəd siqaret aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” Gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz 240” markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətinə bəyan edilməyən, aksiz markası ilə markalanmayan 4400 ədəd siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info