Kürdə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb

  • Müəllif: admin
  • 25 Sentyabr 2017 12:14

kur-cayi

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-40 və Naxçıvan MR çaylarında isə 130 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Gununsesi.info-ya verdiyi məlumata görə, sentyabrın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 208 m3/s olmaqla ongünlük normanın 150 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 12,5 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 58 m3/s təşkil edərək ongünlük normanın 60 faizinə bərabər olub.

Eyni zamanda Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Bankədə və Salyanda isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2016-cı il sentyabrın 25-də 453 sm), Şirvanda 191 sm, Salyanda 131 sm (2016-cı il sentyabrın 25-də 298 sm), Bankədə 197 sm (2016-cı il sentyabrın 25-də 235 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2016-cı il sentyabrın 25-də 175 sm) təşkil edir.

Anar

Gununsesi.info