Kürdlərin yaşadığı ərazilərdəki ermənicə tablolar yığışdırılmağa başlandı

  • By admin
  • 15 Sentyabr 2016 11:59
arma
Türkiyədə  dövlət idarə və müəssisələrində erməni dilində yazılan və quraşdırılan tablolara rast gəlmək artıq adi hala çevrilib.  Bu hallara daha çox kürdlərin kompakt yaşadığı ərazilərdə rast gəlmək olar.
Əgər belə hallar ermənilərin kompakt yaşadığı yaşayış məntəqlərində olsa, bəlkə də, bu, başadüşülən  olar. Bu isə dövlət dili ilə bağlı qanunvericiliyə zidd hesab edilir. Ermənicə yazılan lövhələrə daha çox kürdlərin kompakt yaşadıqları ərazidə rast gəlmək olar.
Gununsesi.info “CNNTurk”-ə istinadən xəbər verir ki, Türkiyədə bu halların qarşısının alınmasına başlanılıb. Qanun icraçıları  ermənilərin kompakt yaşamadığı ərazilərdə erməni dilində yazılan lövhələri götürməyə başlayıb.  Mardin əyalətinin Derik bələdiyyəsi binasının üzərində türk, kürd dili ilə yanaşı ermənicə tablo asılıb və qanun icraçıları erməni dilində yazılan tablonu çıxarıblar.
Gununsesi.info