
“Pana Film” şirkəti “Kurtlar Vadisi Vətən” filminin çəkilişlərinə başlayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin rejissoru Serdar Akardır. Filmin çəkilişləri Antalya və ətraf ərazilərdə davam edir.
Artıq filmin çəkilişi zamanı çəkilən şəkillər sosial şəbəkələrdə yayımlanıb.
Qeyd edək ki, filmin nə vaxt nümayiş olunacağı açıqlanmır.
Xatırladaq ki, bundan əvvəl serialın “Kurtlar Vadisi İraq”, “Kurtlar Vadisi Qadio” və “Kurtlar Vadisi Fələstin” adlı film versiyaları tamaşaçılara təqdim edilib.

Anar
Gununsesi.info












