Lənkəranskini öldürənə 10 mln dollar mükafat verilib

  • By admin
  • 11 Yanvar 2017 10:32
rovsen
Rövşən Lənkəranskinin ölümü ilə bağlı izlər İŞİD-ə gedib çıxır. Onu öldürən killerlər arasında İŞİD terrorçusunun olduğu  və ona 10 milyon dollar ödənildiyi bildirilir.
Gununsesi.info “novostink”-ya istinadən xəbər verir ki, bu barədə  portala kriminal dairələrdəki mənbələrdən məlumat verilib.
Baxmayaraq ki, R. Lənkəranskinin ölümü ilə bağlı məsuliyyəti Rəşad Gəncinskiy  öz üəzərinə götürsə də, ortaya yeni faktlar çıxamqdadır. Belə ki, R.Lənkəranskinin İstambulda öldürüldüyü Barbarossa  bulvarında quraşdırılan kameralarda  dörd killerin olduğu bəlli olub. R.Lənkəranskinin fiziki cəhətdən aradan götürənlər arasında təkcə azərbaycanlılar deyil, eyni zamanda Çeçen millətindən olan şəxslər də olub. Mənbənin verdiyi məlumata görə, kilerlər içərisində İŞİD terrorçusu da olub. Məhz R.Lənkəranskinin öldürən əsas killer də məhz İŞİD terrorçusu olub. Buna görə sifarişçilər terrorçuya  10 milyon dollar  ödəyiblər.
Gununsesi.info