Lənkəranda ağır yol qəzas baş verib - 2 nəfər ölüb

  • By admin
  • 04 Avqust 2016 10:10

qeza

 

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə Ələt -Astara magistralının 199-cu kilometrliyində, Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı, 90-RC-124 dövlət qeydiyyat nömrə nişanlı minik avtomaşını ilə “İveco” markalı, H 013-406  nömrə nişanlı yük maşını toqquşub.

Nəticədə, iki nəfər hadisə yerində dünyasının dəyişib.

Fövqəladə Hallar Nazirliyi-nin (FHN) xilasediciləri deformasiyaya uğramış avtomobilin içərisindən meyitlərin birini çıxarıb, digər meyitin çıxarılması üzrə iş davam etdirilir.

 

Gununsesi.info