Lənkəranda bir qrup şəxs “Azərişıq” ASC-yə məxsus avtomobili yandırıb

  • By admin
  • 22 Avqust 2017 17:02

599c2c8e10ad3_cb650b5b-b20f-4dca-a91a-c9b9a23fa05d_292

Lənkəran rayonunda”Azərişıq” ASC-yə məxsus avtomobil yandırılıb.

Gununsesi.info report.az-a istinadən məlumat verir ki, hadisə Liman şəhəri, H.Aslanov küçəsində baş verib.

Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı bir qrup şəxs avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Nəticədə, Qasımov Nizam Mirzə oğlunun idarə etdiyi “Qazel” markalı 18-AC-061 dövlət qeydiyyat nömrə nişanlı qaldırıcı kran avtomaşınının mühərrik hissəsi alışıb. Yanğın sakinlər tərəfindən söndürülüb

Hadisə yerinə FövqəladəHallarNazirliyininYanğından Mühafizə Hissəsinin əməkdaşları da cəlb olunub.

Gununsesi.info