Lənkəranda Novruz ab havası - FOTOREPORTAJ

  • By admin
  • 20 Mart 2017 12:00

sekil
Novruz yeganə bayramdır ki, onun gəlişinə insanlar bir ay qalmış hazırlıq görür, 4 çərşənbənin 4-nü də özünəxas, səciyyəvi xüsusiyyətləri, könül xoşluğu ilə qeyd edir.

sekil3

Baharın gəlişi cənub bölgəsində, xüsusən də Lənkəranda min illərdən bu günümüzə qədər gəlib çatan adət-ənələrin bolluğu, rəngarəngliyi ilə diqqət çəkir. Gəlişi ilə insanlara sevinc, səadət, bayram ovqatı bəxş edən Novruzun gəlişini Lənkəran özünəxas adət ənələri, cənub hərarəti ,bütün təmtərağı ilə yaşayır.

sekil5
Şəhərin vağzalyanı meydanında iynə atsan yerə düşməz. Böyüklü, kiçikli-hamı sevincini paylaşmağa, bahar ovqatını yaşamağa yığışıb. Bu meydan bacarıqlarını göstərən el sənətkarlarına, qolu güclü idmançılara məxsusdur. Cənub mətbəxinin iştah gətirən dadlı tamlı bişmişləri, bayram xonçalarındakı çeşid–çeşid nemətlər lənkəranlıların bolluq arzusunun nişanəsidir.

sekil4
Dədə Qorqudun xeyir duası ilə alovlanan tonqal isə təkcə birliyə çağırış deyil, insanların doğmalıq, istilk arzularıdır, qışdan qurtulmağın, yazı qarşılamağın əlamətidir.

Burada Sərgilənən bahar mövzulu rəsm əsərləri, xalq tədbiqi sənəti numunələri, bacarıqlı xanımların əl işləri bayrama bir yaz rəngarənliyi qatır,ifa edilən mahnı və rəqslər isə bahar ovqatı,şuxluq gətirdi.

Novruz bayramının minillik yol-yoldaşları Kosa və Keçəl Bahar qızın müşayiəti ilə faytonda gələrək lənkəranlılara bayram arzularını çatdırdılar.

sekil6

Xoş arzuların davamını Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov gətirdi, tədbir iştirakçılarını, bütün lənkəranlıları Novruz bayramı münasibəti ilə təbrik etdi, xoş ovqat, bayram əhval ruhiyyəsi arzuladı. Dədə Qorqud da el obaya xoş günlər, bol ruzi-bərəkət dilədi.

“Mən bütün elimizə obamıza ruzi bərəkət arzulayıram. Bolluq olsun, insanların üzü gülsün, həmişə çörəkləri bol olsun, suları sərin olsun. Ən əsası, torpağımız yağı düşməndən qurtarsın”.

sekil7
Lənkəranlıların Novruz şənliyinin iştirakçıları arasında rayonda qonaq olan turistlər, paytaxt Bakıdan rayona istirahətə gələn qonaqlar da var idi .
Çal–çağırlı, nəğməli Novruz bu dəfəki gəlişi ilə də könülləri sevindirdi, hamıya bayram coşqusu yaşatdı.

Esmira İsmayılova

Gununsesi.info

LƏNKARAN