“Lənkəranski”nin yaxın adamı “Quli”nin adamını öldürdü - MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR

  • By admin
  • 29 Mart 2022 11:15

Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun məhkəməsi başlayır.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Camal Həsənov 2017-ci ildə Rusiyada Cabir Həsənovu qətlə yetirib. O, ötən il Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

“Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin (Lənkəranski) yaxın adamı olub.

Xatırladaq ki, “qanuni oğru” R.Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib N.Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb.

Gununsesi.info