Lapşin Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsinə VERƏCƏK

  • By admin
  • 27 Dekabr 2017 12:08

Məşhur yəhudi mənşəli blogger Aleksandr Lapşin Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsinə verməyə hazırlaşdığını yazıb.

Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, bu barədə blogger öz Facebook səhifəsində yazıb.

“Strasburqdakı məhkəmə vasitəsilə Azərbaycandan pul qoparmağa çalışacam. 2018-ci ili Azərbaycanı cəzalandırma ili elan edirəm” –deyə blogger yazıb. 

Xatırladaq ki, Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Azərbaycan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb.

Lapşin Belarusda tutularaq 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci il sentyabrın 11-də Azərbaycan prezidentinin sərəncamı ilə əfv olunub və dərhal İsrailə ekstradisiya olunmuşdu.

Gununsesi.info