Latviya Belarusla sərhədini hasarlayır

  • Müəllif: admin
  • 08 Mart 2017 19:01

latviya belarus

Latviya Belarusla sərhəddə hasar tikəcək.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə,  bunu Latviya Dövlət Sərhəd Mühafizə Xidmətinin rəisi Normunds Qarbars bildirib.

On kilometrlərlə uzunluqda olacaq hasarın çəkilməsində məqsəd Belarusdan qeyri-leqal miqrasiyanın və sərhəd pozuntularının qarşısının alınmasıdır.

Bununla bağlı tender elan edilib və martın 20-də başa çatacaq. Hasarın tikintisinə 2018, yaxud 2019-cu ildə başlayacaq.

Qeyd edək ki, Latviya 2015-ci ildə Rusiya ilə sərhədin müxtəlif sahələrində 90 km uzunluqda hasar tikilməsi barədə qərar qəbul edib. Hazırda Latviya Rusiya ilə sərhədin 23 kilometrinə hasar çəkib.

Gununsesi.info