Lavrov ilə ATƏT sədri arasında telefon danışığı olub

  • By admin
  • 14 Fevral 2022 17:11

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau arasında telefon danışığı olub.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Ukraynadakı vəziyyəti, o cümlədən ATƏT-in Xüsusi Monitorinq Missiyasının buradakı fəaliyyətini müzakirə ediblər.

 

Gununsesi.info