Lavrov Moqerini ilə Nyu-Yorkda görüşəcək

  • By admin
  • 15 Sentyabr 2016 23:12

lavrov-i-mogerini-obsudyat-ukrainskiy-krizis

 

Rusiya Xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini ilə Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında görüşəcək.

Gununsesi.info-nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov bildirib.

O həmçinin qeyd edib ki, sanksiyalara baxmayaraq Rusiya ilə Avropa İttifaqı arasında dialoq davam edəcək.

 

Gununsesi.info