
“Ultimatum və təhdidlərlə Suriya ilə bağlı danışıqlara yardım edilmir”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada hollandiyalı həmkarı Stef Blokla keçirdiyi birgə mətbuat konfransında ABŞ prezidenti Donald Trampın Suriyada ehtimal olunan hərbi əməliyyatla bağlı fikrinə münasibət bildirərkən deyib.
Sergey Lavrov bildirib ki, Qərbdə heç kim Suriyada Liviya və ya İraqdakı ssenarinin təkrarlanmasına cəsarət etməz: “Bu avantüradan qaçmaq gərəkdir. Ən kiçik bir yanlış Avropaya və bir çox ölkələrə yeni miqrant axınına səbəb olacaq ki, bu nə bizə, nə də bizim Avropadakı qonşularımıza lazımdır”.
Gununsesi.info











