Lavrovdan Suriya açıqlaması

  • By admin
  • 10 Fevral 2017 15:40

1384938972russian-fm-sergey-lavrov

“Suriyada hakimiyyətdə olan Bəşər Əsədlə ölkənin bir hissəsinə nəzarət edən kürdlər arasında Rusiyanın təşkilatçılığı və vasitəçiliyi ilə görüş keçirilib”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata verdiyi açıqlamada belə deyib.

Belə ki, tərəflər arasında görüşün “El Humeyim” bölgəsində baş tutduğu bildirilir.

S. Lavrovun sözlərinə görə, hazırda Rusiya Suriyanın ərazi bütövlüyünün qorunması məsələsində Bəşər Əsədlə kürdlər arasında razılığın əldə olunmasına səy göstərir.

S. Lavrov xatırladıb ki, 2016-ci ilin iyun-dekabr aylarında Rusiyanın təşkilatçılığı və vasitəçiliyi ilə tərəflər arasında 4 görüş keçirilib.

S. Lavrov Bəşər Əsəd kürd siyasi-ictimai quruluşların nümayəndələrinin təmsilçiləriylə, eləcə də ehtiyac yarandığı zaman PKK Terror Təşkilatının Suriya qolu olan PYD-ni və onun silahlı qanadı YPG ilə birbaşa və ya dolayı olaraq görüşdüyünü qeyd edib.

Tərəflər arasında aparılan danışıqların müsbətə doğru irəlilədiyini deyən nazir əlavə edib ki, tərəflər Suriyanın ərazi bütövlüyünün qorunması məsələsində anlaşmaya yaxındırlar.

Anar

Gununsesi.info