Lavrovla Zelenski arasında qısa danışıq olub

  • By admin
  • 25 Sentyabr 2019 10:11

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Ukrayna Prezidenti Vladimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasında qısa danışıq aparıb.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, siyasətçilərin görüşü ABŞ Prezidenti Donald Trampın adından təşkil olunan nümayəndə heyəti rəhbərlərinin şərəfinə təşkil edilən ziyafətdə baş tutub.

“TASS” diplomatik mənbəyə istinadən xəbər verir ki, tərəflər Rusiya-Ukrayna münasibətlərinə dair məsələni müzakirə ediblər.

Qeyd edək ki,  BMT Baş Assambleyasının illik sessiyası sentyabrın 24-dən 30-dək keçiriləcək.

Gununsesi.org