LDU Türkiyənin Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək

  • By admin
  • 01 Noyabr 2017 16:28

Lənkəran Dövlət Universiteti (LDU) Türkiyənin Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək.

Bu barədə Gununsesi.info-ya LDU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, artıq bu ali təhsil müəssisələri arasında ikitərəfli müqavilələr imzalanıb.

Türkiyə Cumhuriyyətinin Çukurova Universitetindən sonra LDU  qardaş ölkənin daha bir ali təhsil müəssisəsi – İstanbul şəhərində yerləşən Üsküdar Universiteti ilə  əməkdaşlıq edəcək. Lənkəran Dövlət Universiteti ilə Üsküdar Universiteti arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək və elmi – təcrübi əlaqələri genişləndirmək məqsədi ilə protokol imzalanıb. Protokola hər iki tərəfdən universitet rəsmiləri imza atıblar.

İmzalanan müqaviləyə əsasən, bundan sonra universitetlər arasında birgə elmi tədqiqat işlərinin aparılması, hər iki ölkənin qanunverciliyinə uyğun olaraq ikitərəfli diplomların verilməsi üçün tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, elmi-tədqiqat məlumatlarının birgə mübadiləsi, nəşr fəaliyyətində əməkdaşlıq, birgə elmi-praktik konfransların təşkili və s. istiqamətlərdə əməkdaşlığa start veriləcək.

LDU-nun mətbuat xidməti

Gununsesi.info