Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunda qar uçqunu olub - 200-dən artıq avtomobil yolda qalıb

  • By admin
  • 28 Oktyabr 2016 13:47

kelvez

Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində yol bağlanıb.
Bu haqda Gununsesi.info-nun əməkdaşına Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov məlumat verib. O, bildirb ki, hadisə “Dağlar qapısı” deyilən ərazidə baş verib: “Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb. Ancaq hərəkət dayanıb və 200-dən artıq avtomobil yolda qalıb. Bu yol rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən əsas yoldur”.
Onun sözlərinə görə, hazırda43 saylı Yol İstismar Sahəsinin texnikası əraziyə cəlb olunub: “Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir. Günün axırına qədər qisməndə olsa, yolun açılışı təmin olunacaq”- deyə, Habil Məlikov sözlərin əlavə edib.

Anar
Gununsesi.info