Deputatlar ixtişaşlar zamanı işığın, qazın və suyun kəsilməsini müzakirə etdilər

  • By admin
  • 28 Oktyabr 2016 13:54

valeh-aleskerov

Dini ekstremizmə qarşı əməliyat aparılan ərazilərdə elektrik enerjisinin, qazən və suyun təchizatının məhdulaşdırılacaq.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Elektroenegetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Qanunlara nəzərdə tutulan dəyişikliklər barəsində məlumat verən parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, qanunlara nəzərdə tutulan dəyişikliklərə əsasən dini ekstremizmə qarşı həyatat keçirilən əməliyyatlar zamanı müvafiq qurumlar və əməliyyata rəhbərlik edən təşkilatın rəyi əsasənda əməliyyat rayonunda elektrik enerjisinin, qazın və suyun verilməsinin kəsilməsi nəzərdə tutulur. Müzakirələrin nəticəsi olaraq qanunlara dəyişiklilər qəbul edildi.

Mürtəza

Gununsesi.info