Lerikdə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - FOTOLAR

  • By admin
  • 19 Yanvar 2018 16:11

Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planı”na uyğun olaraq rayon məktəblərində, idarə, təşkilat və müəssisələrdə 20 yanvar şəhidlərinin xatirəsini yad etmək məqsəd ilə silsilə tədbirlər keçirilib.

Lerik RİH-dən Gununsesi.info-ya verilən məlumata görə tədbirlər planına uyğun  olaraq  19 yanvar 2018-ci il tarixdə rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə kollektivlərinin, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksində ümumrayon anım mərasimi keçirilib.

Mərasimdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri, məktəblilər “Şəhidlər” abidə kompleksinin önündə tər gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Sonra mərasim iştirakçıları tərəfindən Lerik Rayon Mədəniyyət mərkəzində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rayon məktəblilərinin əl işləri “20 Yanvar Qan Yaddaşımızdır” adlı rəsm əsərlərinin sərgisinə baxış keçirilib və şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin hazırladığı bədii kompozisiya nümayiş etdirilib.

Gununsesi.info