Limon min-bir dərdin dərmanıdır - ELM ADAMLARI BELƏ DEYİR

  • By admin
  • 11 May 2017 18:20

1202243_5cd9f4fcb55ea38f1eb83d810ba15015_640x640

Limonun faydası haqqında çox deyilib və çox yazılıb. Çoxlarımız limonun bir çox faydaları haqqında məlumatlıyıq və zamanı gəldikcə limonun bu faydalarından yaralanmağa çalışırıq. Yəni limonun tərkibində C vitaminin bolluğunu nəzərə alaraq bir çox xəstəliklərdə ondan xalq təbabətində mütləq əksəriyyətimiz istifadə edirik. Bunlar əsasən xalq arasında “qan təzyiqi”, soyuqdəymədə, qanın durulmasında və sair kimi problemlərdə istifadə olunur.

Ancaq limonin insan orqanizminə, sağlamlığına bilmədiyimiz bir çox faydaları barədə məlumatlı deyilik. Odur ki, Gununsesi.info olaraq indi limonun insan orqanizminə faydalarından söz açacağıq.

Beləliklə, elm adamları limon yağının beynin aktivləşməsində müstəsna rola malik olduğu qənaətinə gəliblər. Onlar iddia edirlər ki, limon yağı beyni aktivləşdirir. Bunun üçün biləklərinizə bir neçə damcı limon suyu damcıladıb həfif formada onu dəriyə hopmasına çalışmalısınız. Bu prosesi bir müddət davam etdirmək lazımdır.

Bu, bu gün çoxunun diqqətsizlik, zehni yorğunluğun aradan qalxmasında öz müsbət təsirini göstərir. Beyin funksiyalarının dinamik işləməsinə yol açır. Limonda C vitamini bol olduğundan limon suyu içmək qandakı toksinləri təmizləyir. Hətta sifətdəki incə cizgiləri belə, yox etmək qabiliyyətinə malikdir.

Limonun faydalarından biri də su yanıqlığının, yəni çox su içmənin qarşısının alınmasında, həmçinin kökəlmənin qarşısını alınmasıdır. Belə ki, limon suyu içmək insanda iştahsızlıq yaratmaqla onu çox yeməyin qarşısını almaqla kökəlməsinə imkan vermir. Limon suyu həmçinin, mədədəki köplüyü və rahatsızlıqları da aradan qaldırır. Limon eyni zamanda, immun sisteminin güclənməsində və stresin aradan qaldırılmasında böyük rol oynayır.

Limon ağız boşluğundakı pis iylərdən də insanı qoruyur. Limonun qoxusu insanın  sinir sistemini sakitləşdirir, bədənə enerji verir. Boğaz ağrısında da istifadə olunur.

Mürtəza

Gununsesi.info