Lionel Messi karyerasının 600-cü qolunu vurub

  • Müəllif: admin
  • 04 Mart 2018 20:55

İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 600-cü qolunu vurub.

Gununsesi.info xəbər verir ki, bu, İspaniya çempionatı çərçivəsində “Atletiko” (Madrid) ilə matçda baş verib.

Matçın 26-cı dəqiqəsində Lionel Messi cərimə zərbəsindən möhtəşəm qol vuraraq komandasını hesabda önə çıxarıb. Beləliklə, 30 yaşlı futbolçu karyerasında vurulan qolların sayını 600-ə çatdırıb. Karyerası ərzində 747-ci  oyununa çıxan Messi 539 dəfə “Barselona”nın, 61 dəfə isə Argentina yığmasının heyətində rəqiblərini məyus edib.

Gununsesi.info