
Lökbatan qəsəbə sakinindən ümumilkdə 1,177 kq heroin aşkar edilərək götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Lökbatan qəsəbə sakini Ruslan Ağayevdən 27,171 qram heroin götürülüb.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin də aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info











