Los-Ancelesdə Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunan poçt markası buraxılıb

  • By admin
  • 13 Oktyabr 2016 10:46

marka

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ABŞ-ın Los-Anceles şəhərində poçt markası buraxılıb.

Gununsesi.info xəbər verir ki, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda “Azərbaycan: Müstəqilliyin 25 illiyi (1991-2016)” sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

Gununsesi.info