Məcburi köçkünlərə xərclənməli olan “Mercedes Gelandewagen” - QUBAD İBADOĞLU

  • Müəllif: admin
  • 08 Avqust 2017 13:03
qubad ibadoglu
Tanınmış iqtisadçı alim Qubad İbadoğlu özünün “Facebook” səhifəsində Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun  nəvəsə Nail Allahverdiyevin “Mersedes-Gelandawagen”-lə törətdiyi qəzadan yazdı.
“Bir neçə gündür ki, Bakıda və Aran rayonlarında davamlı və şiddətli istilərin acılarını yaşayırıq. Qeyri-ixtiyarı olaraq yadıma Yasamal rayonunda yerləşən tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlər düşdü. İstismar müddəti bitmiş yataqxanalarda on illərdir ki, dar və basdırıq otaqda “ömürlərini verən” qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyəti nəinki dəyişmir, hətta getdikcə daha da ağırlaşır”.
Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı alim Qubadoğlu  deyib.
Onun  sözlərinə görə, Dövlət Neft Fondundan ayrılan 2 milyard 54 milyon 100 min manat vəsait şişirdilmiş layihələrə görə oğurlanaraq təyinatından kənarlaşdırıldığından bu sahədə problem hələ də tam həll olunmayıb.
“Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşmasına xərclənməli olan neft pulları hesabına isə fabrik qiyməti 114 min ABŞ dolları və ya 194 min manat olan iki nəfərin ölümünə və iki nəfərin yaralanmasına səbəb olan Mercedes Gelandewagen alınır. Budur müasir Azərbaycanın gerçəkliyi?!”
eli hesenovun nevesi
Qeyd edək ki,avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin  idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğununun yayadığı birgə bəyanatda    yayaraq  faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin hökmü ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.
Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq, dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək.
Mürtəza
Gununsesi.info