Mədəniyyət və turizm naziri Yevlaxda vətəndaşları qəbul edəcək

  • By admin
  • 22 Noyabr 2017 15:56

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 28-də Yevlaxda vətəndaşları qəbul edəcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, qəbulda Mingəçevir və Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçınrayonlarından olan vətəndaşlar iştirak edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Gununsesi.info