Mədət Quliyev DTX-nin Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşdı

  • By admin
  • 21 İyun 2019 14:30

Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəisi Mədət Quliyev Müdafiə Sənayesi naziri kimi fəaliyyətə başlayıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, M.Quliyev öncə DTX-nin Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.

 Daha sonra isə Müdafiə Sənayesi Nazirliyinin kollektivinə təqdim olunub.

Mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.

Gununsesi.org