Məhkəmə bir ailənin 3 üzvü barədə qərar çıxardı - Atanı həbs etdi, oğula beynəlxalq axtarış, anaya isə ev dustaqlığı verildi

  • By admin
  • 30 Yanvar 2021 17:31
Mütəşəkkil dəstə yaradaraq Bakıda vətəndaşlara qarşı dələduzluq etmiş ata-bala-ana- Yaşar, Orxan və Yeganə Mehdiyevlərin barəsində Binəqədi rayon Məhkəməsinin dünən çıxardığı qərarda sensasion məqamlar…

Əgər xatırlayırsınızsa, «Təzadlar»ın ötən ilki sayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmə cinayəti törətmiş Mehdiyevlər barədə qısa məzmunlu yazı təqdim etmişdik. Yazıdan sonra Türkiyədə olan Yaşar Mehdiyev (ata) redaksiyamızla əlaqə saxladı, sonra isə onun xüsusi nümayəndəsi redaksiyada olaraq şikayətçi H.Səfərova dəymiş ziyanın tezliklə ödəniləcəyinə söz verdi. Amma…

Su çanağı suda da sınmalı idi…

Beləcə, qısa olaraq bildirək ki, aşağıda ətraflı bəhs ediləcək və mütəşəkkil dəstə-bir ailənin üzvləri tərəfindən törədilmiş bu cinayət əməli bir ailəni məhbəs həyatı yaşamağa məhkum etmişdir. Axı niyə? Məgər cinayət törədən bilmirmi ki, gec-tez bu əmələ hüquqi qiymət veriləcək!
Beləliklə, dələduzluq kimi çirkin əməlin motivi müxtəlif olur. Kimini işə düzəltmək, kiminə saxta diplom əldə etmək, kiminə də torpaq və mənzil satmaq adı ilə pulunu ələ keçirənlərə çox rast gəlirik. Azərbaycanın məhkəmə praktikasında son 10-15 ildə baxılan işlərin ən çoxu da elə bu cinayət əməli ilə bağlıdır.
Amma «Təzadlar»a daxil olmuş bir şikayət məktubunu araşdırarkən dələduzların daha bir yeni «metod»unun şahidi olduq. Belə ki, Bakı şəhər sakini H.Səfərov redaksiyamıza müraciət edərək (eləcə də digər şikayətçi Mikay2ılzadə Raqif Rakmil oğlu. Ona isə 138 min dollar pul atılıb) onu və oğlunu aldadan ata-bala Mehdiyev soyadlı şəxslərin əməllərindən yazmışdı. Şikayətçini redaksiyaya dəvət edərək dinlədik, müvafiq sənədlərlə tanış olduq. O, etibarından sui-istifadə edərək onun 147 min dollar nəgd pulunu ələ keçirən Mehdiyev Yaşar Cəmil oğlu və onun oğlu Mehdiyev Orxan Yaşar oğlunun səs yazılarını bizə təqdim etdi. Həmin səs yazılarından məlum olurdu ki, həqiqətən də Mehdiyevlər dələduzluq əməlini törədiblər, bunu telefon danışıqlarında özləri yalançı vədləri və digər hərəkətləri ilə sübut edirlər…

Türkiyədə pul ödənişi aparatları biznesi?

Şikayətçi H.Səfərov başına gələn dələduzluq cinayəti ilə bağlı Binəqədi rayon Polis İdarəsinə şikayət etəmli olmuşdu. O, şikayət ərizəsində göstərmişdir ki, Bakı şəhərində qonşuluğunda yaşayan və Türkiyədə çalışan Mehdiyev Orxan Yaşar oğlu 2018-ci ilin iyul ayında onun oğlu R.Səfərova bildirir ki, o, atası ilə birlikdə Türkiyədə pul ödənişi terminalı biznesi ilə məşğul olur. Hətta bir aparat ayda yaxşıca qazanc da verir. Odur ki, istəsə, onları da bu biznesə qoşa bilərlər.
Beləcə, Orxan Mehdiyevin şirin vədinə inanan R.Səfərov bu barədə atası H.Səfərova danışır. Ata H.Səfərov Orxanın atası Yaşar Mehdiyevlə görüşüb bu məsələ ilə bağlı ətraflı söhbət edir. Yaşar Mehdiyev oğlunun söylədiklərini təkrarlayır və bildirir ki, ayda 4-5 min dollar təmiz qazanc üçün 8 ədəd terminal almaq lazımdır. Və bunun üçün 122 min dollar pul lazımdır… H.Səfərov əvvəlcə 4 aparat üçün Yaşar Mehdiyevə 61 min dollar pul verir… 2019-cu ilin yanvar ayına kimi Mehdiyevlər H.Səfərova ayda 2500 dollar qazanc da göndərir. Amma…

«İp də getdi, it də…»

MƏHKƏMƏ ATANI HƏBS ETDİ, OĞULA BEYNƏLXALQ AXTARIŞ, ANAYA İSƏ EV DUSTAQLIĞI VERDİ- ŞOK


Beləcə, 2019-cu ilin yanvar ayında H.Səfərov «Uzaq qohumdansa, yaxın qonşu…» inancı ilə güvəndiyi yaxın qonşusu Yaşar Mehdiyevin təkidi ilə daha 4 aparat üçün əlavə olaraq 61 min dollar pul verir… Lakin Yaşar Mehdiyev yanvar ayının sonunda H.Səfərovun aylıq qazancını vermir və bildirir ki, guya onun biznesi batıb, müflis olub və s. Bu yalanlara inanmayan H.Səfərov Yaşar Mehdiyevdən pullarını tələb edir.
 Bu tələb irəli sürüləndə isə həm Yaşar Mehdiyevin, həm də oğlunun telefonları söndürülür… Yaxun qonşusuna kələk gələn ata-oğul böyük çətinliklə İstanbulda tapılır və onlardan pulların qaytarılması tələb edilir. Lakin ən yaxın qonşusunu belə aldadan və öz pulundan özünə (H.Səfərova) aylıq faiz verərək şirnikləndirdiyi H.Səfərovu bu dəfə də aldadır və pullarını tezliklə qaytaracağını desə də, bu günə kimi vədinə əməl etmir (Redaksiyaya da belə vəd verilmişdi). Bunu nəzərə alan zərərçəkmiş H.Səfərov həm Binəqədi rayon Məhkəməsinə, həm də Binəqədi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etməli olur. Məhkəmə dələduzluq etmiş Yaşar Mehdiyevin Binəqədi rayonundakı evinə həbs qoyur, polis isə onu İstanbuldan Bakıya gətirmək və məhkəmə orqanlarına təhvil vermək üçün Türkiyənin hüquq mühafizə orqanları ilə danışıqlara başlayır… Və bu günlərdə Yaşar Mehdiyev saxlanılaraq məhkəmə qarşısına çıxarılır…
MƏHKƏMƏ ATANI HƏBS ETDİ, OĞULA BEYNƏLXALQ AXTARIŞ, ANAYA İSƏ EV DUSTAQLIĞI VERDİ- ŞOK

Bəs Yaşar Mehdiyevi dələduzluğa vadar edən səbəb nə idi?

…İnsanın niyyəti xoş olmadısa, necə deyərlər, ondan uzaq ol. Çünki belə adam gec-tez nəinki özünü, ən yaxın çevrəsini belə tələyə salacaq, güdaza verəcək.
Beləcə, Yaşar Mehdiyev də nəinki özünün qazdığı quyuya düşdü, eləcə də oğlu Orxan Mehdiyevi və həyat yoldaşı Yeganə Mehdiyevanı.

Budur, dünən Binəqədi rayon Məhkəməsi Azərbaycanın məhkəmə tarixində yəqinki az rast gəlinən bir qərara imza atdı və bir ailənin 3 üzvü-ata, ana və oğul mütəşəkkil dəstənin üzvləri kimi Azərbaycan CM-nin 178.3.2-ci maddələri ilə təqsirləndirilərək barələrində belə bir sensasion qərar çıxardı: ata- Yaşar Cəlal oğlu Mehdiyevin barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq altına verilməsi )o, məhkəmə zalında həbs edildi); Oğul-Orxan Yaşar oğlu Mehdiyevin barəsində həbs qətiman tədbiri seçilməklə barəsində İnterpol xətti ilə Beynəlxalq axtarış verilməsi; Ana (Yaşar Mehdiyevin həyat yoldaşı)-Yeganə Mehdiyevanın barəsində isə məhkəmənin qərarı ilə Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqinin tətbiqi altına verilməklə, ev dustaqlığına olma şərti ilə ona hər gün sahə rəisinə məlumat verməklə nəzarətçi qolbağı tətbiq edilməsi!

Bəs indiyədək Mehdiyevlərin istintaq orqanına təhvil verilməsinə kimlər və nələr mane olurmuş?
MƏHKƏMƏ ATANI HƏBS ETDİ, OĞULA BEYNƏLXALQ AXTARIŞ, ANAYA İSƏ EV DUSTAQLIĞI VERDİ- ŞOK
MƏHKƏMƏ ATANI HƏBS ETDİ, OĞULA BEYNƏLXALQ AXTARIŞ, ANAYA İSƏ EV DUSTAQLIĞI VERDİ- ŞOK


Mehdiyevlərdən şikayətçilər əməkdaşımıza bildirdilər ki, onlar dəfələrlə Prezidentə və Baş Prokurora şikayət məktubları göndəriblərmiş:
 «Biz Prezidentə yazdığımız ərizələrdə də bildirmişik ki, Baş Prokurorun sabiq 1-ci müavini Rüstəm Usubov Yaşar Mehdiyevlə yaxın qohum idi, R.Usubovun bacısı oğlu isə ərazi üzrə bölmə rəisi. Bu səbəbdən də Yaşar Mehdiyev və ailə üzvlərinin barəsində tədbir görülmürdü. Nəhayət, buz əridi, problem həllini tapmaqdadır… Onu da deyək ki, Yaşar Mehdiyevin qızı Ayşən Mehdiyeva heç bir yerdə işləmir, amma qardaşı Orxan ona bizim pullarımızla olduqca bahalı «Qalenvagen» avtomobili alıb verib, dünən məhkəməyə də həmin maşınla gəlmişdi. Mehdiyevlər bilməli idi ki, bu əməlin sonu yoxdur: onlar Bakıdakı evlərini, digər obyeklərini də sataraq Türkiyədə metaləritmə zavodu almışlar. Orxan isə istintaqdan gizlənir, yalandan müstəntiqə vəsatət yazıb göndərib ki, guya zərərçəkənlərdən H.Səfərova müxtəlif vaxtlarda külli miqdarda pul qaytarıb. Hanı onun qəbzi? Hansı bankdan köçürüb bu pulları??? Onun səs yazısını sizə təqdim edirik, görün onlar hansı əməllə məşğuldurlar, özləri sübut edirlər ki, bu müddətdə baş aldatmaqla məşğul olublar…».
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu
(Təqdim edilən səs yazılarında Orxan Mehdiyev yalanlarını hər gün təkrarlayır və vədlər verir)

MƏHKƏMƏ ATANI HƏBS ETDİ, OĞULA BEYNƏLXALQ AXTARIŞ, ANAYA İSƏ EV DUSTAQLIĞI VERDİ- ŞOK

Gununsesi.info