Məhkəmə Rusiya komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırmaq qərarını təsdiqlədi

  • By admin
  • 15 Mart 2022 21:09

İdman Arbitraj Məhkəməsi (CAS) Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Rusiya futbol komandalarının təşkilatın himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirakını qadağan edən qərarını qüvvədə saxlayıb.

Bildirilib ki, CAS-ın qərarı dünya çempionatına şamil edilmir.

Xatırladaq ki, fevralın 28-də FİFA və UEFA Rusiya klublarının və Rusiya millisinin bütün beynəlxalq yarışlarda iştirakını dayandırıb.

Təşkilatların qərarı açıqlandıqdan sonra Rusiya Futbol İttifaqı (RFU) CAS-a apellyasiya şikayəti verib.

Gununsesi.info