Məhkəmə zalında atışam - 4 NƏFƏR ÖLDÜRÜLDÜ

  • By admin
  • 01 Avqust 2017 16:55
1499543165
Moskva vilayət məhkəməsində məhkəmə prosesinin getdiyi zaman atışma baş verib.
Gununsesi.info RİA-Novosti-yə istinadən xəbər verir ki,  atışma zamanı xeyli ölən və yaralıların olduğu bildirıir.  Hadisənin şahidi vəkil Diana Tatosova deyib ki, bu gün moskva vilayət məhkəməsində  “QTA bandası”nın işinə baxılıb  və atışma zamanı cinayətdə ittiham olunan 11 nəfərdən 4-ü öldürülüb.
Moskva vilayət məhkəməsinin mətbuat xidmətinin rəhbəri Natalya Osipovanın sözlərinə görə,  binada olan bütün əməkdalar evakuasiya olunub və məhkəmı prosesi təxirə salınıb.
“QTA bandası” Moskva ətrafında  sürücülərə qarşı çoxsaylı hücum edən dəstə olub. Bu dəstənin üzvləri yollara  şiplər düzərək, onların təkərlərini partladırmışlar. Bundan sonra öz “qurbanları” olan sürücü və sərnişinlərə hücum edirlərmiş . İstədiklərini əldə etmədikdə isə onları amansızcasına qətlə yetirirmişlər. Beləliklə bu yolla quldur dəstəsi 17 nəfərin həyatına son qoyub.
Vəkil Sofiya Rubasskaya isə deyib ki,  yaralananlar arasında qadında olub.  Vəkil yaralı qadının aparıldığını və 20-dən çox güllə səsini eşitdiyini deyib.
Gununsesi.info