Sumqayıt sakinindən atası üçün qeyri-adi ehsan - 40 MƏRASİMİNİN ƏVƏZİNƏ ARTEZİAN QUYUSU QAZDIRDI (FOTO)

  • By admin
  • 01 Avqust 2017 16:50
59806efabe4f9_s
Sumqayıt sakini Qalib Namazov rəhmətə gedən atası üçün qeyri-adi ehsan verib.
Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, o, atası Hidayət Namazov üçün 40 mərasimi keçirməkdən imtina edib.
“40 mərasimi üçün yer icarəsi, qadın və kişi mollası, israfçı ehsan süfrəsini nəzərə alaraq, bunlardan imtina etdim. Əvəzində Kambocada ata-anamın adı ilə artezian quyusu qazdırdım”.
Qalib Namazov bildirib ki, quyunun üzərində tabloda valideyinlərinin adlarını yazdırıb.
Gununsesi.info