Məhkumlar həbsxananın divarını yararaq qaçmağa cəhd göstərdilər

  • Müəllif: admin
  • 15 Avqust 2017 16:04

004

Türkiyədə həbsxanadan qaçmağa çalışan 17 nəfər polisin diqqəti sayəsində ələ keçiblər.

Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, PKK-a terror təşkilatına üzv olmaqda ittiham olunan 17 nəfər, Türkiyənin Osmaniyə şəhəri yaxınlığında yerləşən Osmaniyə 2 Nömrəli “T” tipli qapalı həbsxananın divarını dağıdaraq qaçmağa cəhd göstərib.

Qeyd edək ki, həbsxana gözətçilərinin sayıqlığı nəticəsində məhkumların qaçış cəhdi baş tutmayıb.

Anar
Gununsesi.info