Məişət zorakılığı insan alverindən 9 dəfə çoxdur SƏDAQƏT QƏHRƏMANOVA

  • Müəllif: admin
  • 08 Fevral 2017 13:22

Sedaqet Qehremanova 291211

Azərbaycanda il ərzində qeydə alınan məişət zorakılığı insan alveri hallarından 8-9 dəfə çoxdur.

Gununsesi.info xəbər verir ki, bunu bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının İşçi qruplarının iclasında Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib

Onun sözlərinə görə,  cinsi ayrı-seçkiliklə bağlı məsuliyyətə görə məsuliyyət qanunvericilikdə nəzərdə tutulsa da, bununla bağlı mexanizm yoxdur: “İnsan alverinə qarşı mübarizə ilə əlaqədar iki dəfə Milli Proqram qəbul olunub, ancaq hələ də bu istiqamətdə işlər görülməlidir. Məişət zorakılığı haqqında Milli Fəaliyyət Proqramının hazırlanmasına və qəbul edilməsinə ehtiyac var. Məişət zorakılığına məruz qalanlar üçün sığınacaqlarla bağlı da çatışmazlıqlar mövcuddur”.

S.Qəhrəmanova əlavə edib ki, yeddi QHT tərəfindən belə sığınacaqlar yaradılsa da, yetərli deyil. “Bu sahədə maddi problemlər var və bu, həlini tapmalıdır”.

S.Qəhrəmanova onu da  bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində  fiziki məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılacaq.

Mürtəza

Gununsesi.info