Məktəb direktoru onu hədələyən məmuru necə susdurdu? - AUDİO

  • By admin
  • 23 Noyabr 2016 11:48

elsen-qafarov-direktor

Bloger Azər Kazımzadə sosial şəbəkədə geniş rezonans doğuran audioyazı paylaşıb.

Gununsesi.info xəbər verir ki, audioyazıda təhsil naziri Mikayıl Cabbarovun, keçmiş nazir Misir Mərdanovun və digər tanınmış şəxslərin adları çəkilir.

Audioyazıda iki nəfərin əsəbi söhbəti əks olunub. İddia olunur ki, onlardan biri Xəzər rayonundakı 230 saylı məktəbin direktoru olmuş Elşən Qafarovdu, digəri isə yüksək rütbəli polis məmurudur.

Elşən Qafarovla, onun müavini Ləman Babayeva arasında narazılıq olub. İdda olunur ki, Ləman Babayeva tanış olduğu polis məmuru vasitəsilə direktoru hədələtdirib.

Ölkəmizdə məmurlar arasındakı münasibətləri xarakterizə edən həmin audioyazını təqdim edirik:

https://www.youtube.com/watch?v=LcJYHRxLOOc

Gununsesi.info