Məktəblərdə bu qadağa ləğv olundu

  • By admin
  • 22 Sentyabr 2021 11:45

Tədris (sinif) otağına və müəllim otağına dair tələblərdən biri ləğv edilib.

Gununsesi.info xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.

Qərara dəyişikliklə, partaların (masaların) bir-birindən 1,5 m aralıda düzülməsinin təmin edilməsi tələbi aradan qaldırılıb. Yeni qaydaya əsasən isə dərs (məşğələ) müddətində təhsil alan onun üçün müəyyənləşdirilmiş yerdə oturmayacaq.

Digər bir dəyişikliklə də yataqxanada çarpayıların ən azı 1,5 metr məsafə ilə yerləşdirilməsi tələbi ləğv edilib.

Gununsesi.info