Məmmədyarov yenə birinci oldu

  • By admin
  • 24 Oktyabr 2016 09:02

shariyar

Özbəkistan Mədəniyyət və İdman İşləri Nazirliyinin ölkənin Şahmat Federasiyası ilə birgə böyük sərkərdə Əmir Teymurun 680 illiyi ilə bağlı Daşkənddə keçirdiyi sürətli şahmat üzrə beynəlxalq turnir başa çatıb.

Gununsesi.info xəbər verir ki, yarışda Şəhriyar Məmmədyarov (Azərbaycan), Rüstəm Qasımcanov (Özbəkistan), Boris Qelfand (İsrail) və Ruslan Panamaryov (Ukrayna) kimi tanınmış qrossmeysterlər iştirak edib.

Beynəlxalq turnirin yekunlarına görə Şəhriyar Məmmədyarov səkkiz xalla birinci, Boris Qelfand 6 xalla ikinci, Rüstəm Qasımcanov isə beş xalla üçüncü yeri tutub.

Turnir çərçivəsində qrossmeysterlər gənc şahmatçılar üçün ustad dərsləri də keçiblər.

Gununsesi.info