Ağır yol qəzasında 8 nəfər ölüb, 20 nəfər yaralanıb

  • Müəllif: admin
  • 24 Oktyabr 2016 08:45

Mərakeşdə ağır yol qəzası baş verib.

Gununsesi.info“Sinxua” agentliyinə istinadən verdiyi xəbər verir ki, hadisə Kasablanka şəhəri yaxınlığında qeydə alınıb.

Bərrəşid şəhərinə yollanan nəqliyyat vasitəsinin aşması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Mərakeş nəqliyyat nazirliyinin hesablamalarına görə, bu il müxtəlif  yol-nəqliyyat hadisələri nəticəsində 4 minədək insan həyatını itirib.

Gununsesi.info