Məmmədyarovla Kitariç bir araya gəldi

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 12:01

mamed-kita

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda  rəsmi səfərdə olan Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, Xorvatiya prezidenti Azərbaycana səfərindən, prezident İlham Əliyevlə keçirdiyi görüşlərdən və iki ölkə arasında əməkdaşlığın inkişafına dair apardığı hərtərəfli müzakirələrdən dərin məmnunluq hissi keçirdiyini bildirib.

Görüş əsnasında Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, turizm, nəqliyyat, dinlər və mədəniyyətlərarası dialoqun təşviq edilməsi və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Gununsesi.info