Məmmədyarovla Lavrov görüşür

  • By admin
  • 12 İyul 2016 10:21

lavrov

 

Bakıda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb. Gununsesi.info xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinin perspektivlərini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunur. S. Lavrov Azərbaycan prezodenti İlham Əliyevlə görüşündə də bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində proses gedir. “Mən Ermənistan və Azərbaycana Rusiya prezidentinin tapşırığı ilə səfər edirəm. İnanıram ki, bu görüş münaqişənin tənzimlənməsi istiqamətində gələcək addımları müəyyənləşdirməyə imkan verəcək”, -deyə S. Lavrov vurğulayıb.

Qeyd edək ki, S. Lavrov dünən Azərbaycana işgüzar səfərə gəlib. Elə dünən Rusiya XİN başçısının Azərbaycan prezidenti ilə görüşü olub.