“Mənim heç kimin ərində, sevgilisində gözüm yoxdur” - DAMLADAN ETİRAF - VİDEO

  • By admin
  • 18 Yanvar 2018 16:30

Ötən gün “5/5”-də qonaq olan Damla maraqlı açıqlamaları ilə diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, aparıcı Zaur Kamalın suallarını cavablandıran gənc müğənni cavabları ilə verilişə damğasını vurub.

Aparıcı ilə Damlanın dialoqunu təqdim edirik:

Bir vaxt Pərviz Bülbülə ilə çıxdınız. İndi Damla və Nicat məsələsi ortalığa çıxır. 

– Bəli. Nicatla biz 10 ilə yaxındır dostuq. Biz son illər görüşürdük, amma səhnə fəaliyyətimiz bərabər deyildi. Son zamanlar el şənliklərində çox rastlaşırdıq. Dedim ki, Nicat, gəl bərabər əl-ələ tutaq.

Gedək üzü küləyə.  

– Bəli. Niyə də olmasın.

Subaydır qardaş?

– Xeyr, evlidir.

A… Onda üzü küləyə çox getməyəcəksiniz.

– Yox. Xanımını tanıyıram. Çox gözəl insandır. Ailəvi dostuq.

Damla xanım, o birini də tanıyırdınız. Gördünüz necə ayrıldınız?!

– Kim hansı məqsədlə, hansı istiqamətə yozur yozsun. Mənim heç kimin nə ərində, nə sevgilisində, heç nəyində gözüm yoxdur.

Gununsesi.info