Mərkəzi Bank iqtisadçı deputatlarla danışıqlara başlayacaq

  • Müəllif: admin
  • 13 Mart 2020 14:34

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Mərkəzi Bank arasında danışıqlar aparılacaq.

Gununsesi.org-un məlumatına görə, bu barədə parlamentin adıçəkilən komitəsinin sədri Tahir Mirkişili bildirib.

Müzakirələr banklardakı vəziyyətə, maliyyə məsələlərinə həsr olunacaq.

O qeyd edib ki, birgə müzakirələrin aparılması üçün ilkin razılıq əldə olunub.

Gununsesi.org