Mərkəzi Bankın valyuta məzənnələri

  • By admin
  • 14 Dekabr 2017 09:48

Azərbaycan Mərkəzi Bankı 14 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 14-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2,0116 manat təşkil edir.

1 türk lirəsi 0,4459 manat, 1 rus rublu 0,0290 manat, 1 İran rialı 0,0042 manat, 1 gürcü larisi isə 0,6586 manatdır.

Gununsesi.info